
Polşa Falcon 9 raketinin qalıqlarının Poznan yaxınlığında düşdüyünü bildirib
Çərşənbə günü səhər tezdən Poznan yaxınlığındakı Komornikidə düşən naməlum obyektin İlon Maskın Starlink şirkətinə məxsus Falcon 9 raketinin parçası olduğu ortaya çıxdı. Bu barədə Polşa Kosmik Agentliyi məlumat yayıb.
“Polşa Kosmik Agentliyinin Kosmik Təhlükəsizliyi Departamenti təsdiq edir ki, 2025-ci il fevralın 19-na keçən gecə yerli vaxtla saat 04:46-dan 4:48-də FALCON 9 R/BOR ID/68202 nömrəli raket daşıyıcısının atmosferə nəzarətsiz daxil olması baş verib.Bu, Polşa ərazisi üzərində baş verib”, - agentliyin saytında bildirilir. “Təxminən 4 ton ağırlığında olan raket 2025-ci il fevralın 1-də Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılan Space X Starlink Group 11-4 missiyasının bir hissəsi idi”, - departamentdən bildirilib.
Polşa mediası qeyd edir ki, Poznan yaxınlığında naməlum obyektin düşməsi barədə ilk məlumat verənlər hökumətin təhlükəsizlik mərkəzi ilə əlaqə saxlayan yerli sakinlər olub. Şahidlər səmada çox parlaq parıltıları və partlayış səslərini qeyd ediblər. Polsat telekanalı xəbər verir ki, müəssisələrdən birinin ərazisindən tapılan əşyanın uzunluğu 1,5 m, folqa ilə bükülmüş, ortasından boru çıxmışdır.
Əziz Mustafa, Oxuməni.az