
Fransa üç gün ərzində ikinci Ukrayna sammitini çağıracaq
Fransa Ukrayna və Avropa təhlükəsizliyi ilə bağlı yeni sammit keçirmək istəyir. Fevralın 17-də liderlərin oxşar görüşü baş tutub. Bu barədə Reuters agentliyi xəbər verir. Adı açıqlanmayan diplomatik mənbələrdən verilən məlumata görə, sammit sabaha planlaşdırılıb. Tədbirə bazar ertəsi keçirilən iclasda iştirak etməyən ölkələr dəvət olunub.
Reuters mənbələri qeyd edir ki, dəvət olunan ölkələr arasında Norveç, Kanada, üç Baltikyanı ölkə (Litva, Estoniya və Latviya), Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika var. Eyni zamanda, bəzi dövlətlər videokonfrans vasitəsilə görüşdə iştirak edə bilər.
Xatırladaq ki, fevralın 17-də Parisdə Avropa ölkələrinin liderləri, eləcə də NATO-nun baş katibi Mark Ruttenin iştirak etdiyi “fövqəladə sammit” keçirilib. Sammit zamanı iştirakçılar, xüsusilə, Ukraynaya gələcək dəstək məsələsini müzakirə ediblər. Polşanın baş naziri Donald Tuskun dediyi kimi, görüş zamanı liderlər heç bir qərar qəbul etməyiblər.
Eyni zamanda, Almaniya kansleri Olaf Şolz sammitdən sonra əmin edib ki, onun ölkəsi bundan sonra da Ukraynanı dəstəkləməyə hazırdır.
Əziz Mustafa, Oxuməni.az