
İsrail HƏMAS-ın azad edəcəyi girovların adlarını açıqlayıb
İsrail hakimiyyəti HƏMAS-ın fevralın 22-i şənbə günü azad edəcəyi altı girovun adını açıqlayıb. Bu barədə İsrailin “Girov ailələri forumu” ictimai təşkilatı məlumat verib.
“Girov və İtkin Şəxslər Ailələri Forumu Eliya Koen, Tal Şoham, Ömər Şem Tov, Ömər Venkert, Hişam əl-Səid və Avera Menqistunun bu şənbə günü vətənə qayıtmasını böyük sevinclə qarşılayır”, - deyə məlumatda bildirilir.
Fəallar həmçinin qeyd ediblər ki, daha 4 girovun qalıqlarının cümə axşamı, fevralın 20-də qaytarılacağını kədərlə öyrəniblər.
Fevralın 18-də Qəzza zolağındakı hərəkatın rəhbəri Xəlil əl-Həya elan etdi ki, HƏMAS hərəkatı altı girovu fevralın 22-i şənbə günü azad edəcək.
Bu il yanvarın 19-da Qəzza zolağında atəşkəs qüvvəyə minib. 42 gün davam edəcək atəşkəsin birinci mərhələsi çərçivəsində HƏMAS-ın bütün qadın və uşaqlar da daxil olmaqla 33 israilli girovu azad edəcəyi gözlənilir. İsrail buna cavab olaraq azad edilmiş hər mülki şəxs üçün 30, hər əsgər üçün isə 50 fələstinli məhbusu azad edəcək.
Əziz Mustafa, Oxuməni.az