
Aİ Kiyevə azı 6 milyard avro dəyərində hərbi yardım paketi hazırlayır
Aİ səlahiyyətliləri Ukraynaya azı 6 milyard avro dəyərində ən böyük hərbi yardım paketi üzərində işləyir, Politico üç avropalı diplomata istinadən xəbər verir.
Onlar deyirlər ki, yeni paket Rusiya ilə ABŞ-ın rəhbərlik etdiyi danışıqların ilkin mərhələsində Kiyevin mövqeyini gücləndirmək məqsədi daşıyır.
Paket haqqında məlumat Avropa Komissiyası nümayəndə heyətinin fevralın 24-də Kiyevə gözlənilən səfərindən əvvəl açıqlana bilər.
Politico-nun iki mənbəsi bildirib ki, paketin yekun dəyəri AB-nin müxtəlif dövlətlərinin öz arsenallarından Ukraynaya nə göndərə biləcəyindən asılı olaraq 10 milyard avroya və ya daha çox arta bilər. Aİ xarici işlər nazirləri gələn həftə Brüsseldə keçiriləcək iclasda paketin məzmununu qiymətləndirməlidirlər. Aİ diplomatları hələ də Avropa Xarici Fəaliyyət Xidmətinin tələb etdiyi təşəbbüsün təfərrüatlarını işləyirlər.
Ölkələr Kiyevə silah və ya pul göndərə bilər: maliyyə töhfəsi konkret dövlətin ÜDM-indən asılı olacaq. Paketə müxtəlif silahlar, o cümlədən 1,5 milyon artilleriya mərmisi və hava hücumundan müdafiə sistemləri daxil ola bilər.
Bununla belə, Politico izah edir ki, bütün Aİ-nin bu paketi və ya sadəcə bir qrup dövləti təsdiq edəcəyi bəlli deyil. Diplomatlardan biri izah etdi ki, Macarıstanın mövqeyinə görə yekdilliklə təsdiqlənmə ehtimalı az görünür.
Əziz Mustafa, Oxuməni.az