
Braziliyanın keçmiş prezidenti dövlət çevrilişinə cəhddə ittiham olunur
Braziliya Baş Prokurorluğu keçmiş prezident Jair Bolsonaronu 2022-ci ildə dövlət çevrilişinə cəhddə və bir sıra digər cinayətlərdə ittiham edib. Bu barədə Oxuməni.az “G1” portalına istinadla xəbər verir.
"Braziliyanın Baş Prokurorluğu keçmiş prezident Jair Bolsonaroya 2022-ci ildə dövlət çevrilişinə cəhddə ittiham edib", - məlumatda deyilir.
Bundan əlavə, Bolsonaro demokratik qanunun aliliyini zorakılıqla devirməkdə, həmçinin cinayət təşkilatında iştirakda ittiham olunub.
Baş prokuror Paulo Qonetin sözlərinə görə, Bolsonaro rəqibi, hazırda respublika prezidenti olan Lula da Silvaya sui-qəsd planını bilirdi və onunla razılaşıb.
İttihamnamədə vurğulanır ki, yeni seçilmiş hökumətin qarşısını almaq üçün hökumət sistemində sabitliyi pozmaq planı hazırlanıb və onunla razılaşan o vaxtkı prezident Bolsonaronun diqqətinə çatdırılıb.
Əgər irəli sürülən ittihamlar Braziliyanın Federal Ali Məhkəməsi tərəfindən dəstəklənsə, eks-prezident cinayət işində müttəhim olacaq.
Hazırkı prezident, solçu namizəd Lula da Silvanın qalib gəldiyi prezident seçkilərindən sonra Bolsonaronun tərəfdarları Milli Konqresə basqın etməyə cəhd ediblər. Braziliya hakimiyyəti daha sonra Bolsonaronu bu hərəkətlərə görə qismən məsuliyyətə cəlb etdi. Braziliya lideri həmçinin Bolsonaronu qırğınlarda günahlandırıb.
Almaz Həsənli