
Meksika prezidenti ABŞ-a qarşı cavab rüsumlarını istisna etmir
Meksika prezidenti Klaudiya Şeynbaum bazar ertəsi bildirib ki, Vaşinqtonun tətbiq etdiyi tariflərdən sonra ABŞ-a qarşı cavab tədbirləri istisna deyil.
Qərb mediası Şeynbaumdan sitat gətirir: "Biz ən çox cavab rüsumlarının tətbiqindən qaçmaq istərdik. Onları istisna etməyəcəyik, lakin danışıqlar yolu ilə davam etdirməyə üstünlük verərdik".
Onun sözlərinə görə, Meksikanın iqtisadiyyat naziri Marselo Ebrard Vaşinqtondakı görüşlərdə Amerika tərəfi ilə bu vəziyyəti müzakirə edəcək.
Amerika mediası xatırladır ki, ABŞ prezidenti Donald Tramp andiçmə mərasimindən sonra Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini bildirsə də, tezliklə 2020-ci il ABŞ-Kanada-Meksika Azad Ticarət Sazişinin əhatə etdiyi məhsullara şamil olunan tədbirləri dayandırmaq qərarına gəlib.
Bundan əlavə, Meksika ABŞ-a idxal edilən avtomobillərə 25% rüsum tətbiq edir.
Əziz Mustafa, Oxuməni.az