Meksika sərhədində patrul xidməti həyata keçirən iki ABŞ əsgəri həlak olub

Meksika sərhədində patrul xidməti həyata keçirən iki ABŞ əsgəri həlak olub

12:01
Bəyəndim (2) Bəyənmədim (0)

“The Washington Post” yazır ki, bu, ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə missiyada baş verən ilk ölümcül hadisədir.
Meksika sərhədində patrul xidməti həyata keçirərkən yol qəzası nəticəsində iki amerikalı hərbçi ölüb, biri yaralanıb. Bu barədə ABŞ Şimal Komandanlığının mətbuat xidməti məlumat yayıb.

Hadisə çərşənbə axşamı Nyu-Meksiko ştatının Santa Teresa şəhəri yaxınlığında baş verib. Hadisənin təfərrüatları barədə məlumat verilmir. Xəsarət alan əsgər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

“The Washington Post”un qeyd etdiyi kimi, bu, ABŞ prezidenti Donald Trampın ABŞ-Meksika sərhədində nəzarəti gücləndirmək üçün başlatdığı missiya çərçivəsində ilk ölümcül insidentdir. Nəşrin mənbələri əsgərlərin dəniz piyadaları olduğunu və Kaliforniyadakı Camp Pendletonda xidmət etdiklərini bildiriblər.

Əziz Mustafa, Oxuməni.az