
Macarıstan Aİ-nin Ermənistana 10 milyon avroluq hərbi yardımını yenidən dayandırıb
Son altı həftə ərzində Macarıstan Aİ-nin Avropa Sülh Fondundan Ermənistana 10 milyon avroluq hərbi yardımın qarşısını alıb.
Bu barədə “Azadlıq” radiosu mənbələrə istinadən məlumat yayıb.
Mənbələr bildiriblər ki, bazar ertəsi Macarıstanı yardımı buraxmağa inandırmaq üçün əlavə müzakirələr aparılıb, lakin heç bir irəliləyiş əldə olunmayıb.
2024-cü ildə də Macarıstan Ermənistana 10 milyon avro vəsaitin verilməsini əngəlləyib və minatəmizləmə əməliyyatlarına dəstək məqsədilə analoji məbləğin Azərbaycana göndərilməsi şərti ilə vetonu ləğv edib.
Almaz Həsənli
Digər xəbərlər