
ABŞ Qrenlandiyanın qiymətini açıqlayıb
“Newsweek” öz hesablamalarına istinadən yazır ki, ABŞ Qrenlandiyanı almaq üçün təxminən 2,2 milyard dollar təklif edə bilər.
“Newsweek” öz hesablamalarını ABŞ-ın 33-cü prezidenti Harri Trumenin 1946-cı ildə adanı 100 milyon dollara almaq təklifi əsasında aparıb. İnflyasiyanı nəzərə alsaq, bu məbləğ indi 1,6 milyard dollara bərabər olacaq. Nəşr Danimarkanın hər il adaya ayırdığı 600 milyon dolları əlavə edib. Beləliklə, ABŞ-ın Qrenlandiyanı almaq üçün potensial təklifi illik ödənişlərlə 2,2 milyard dollar ola bilər.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirib ki, Qrenlandiya təhlükəsizlik baxımından ABŞ üçün lazımdır. Onun sözlərinə görə, əraziyə sahib olmaq ABŞ üçün Çin və Rusiyadan mövcud təhlükəsizlik risklərini minimuma endirəcək.
Qrenlandiya adası, təxminən 56 min nəfər əhalisi olan Danimarkanın muxtar ərazisidir. Ada ABŞ-ın hərbi obyekti olan Tule Hava Bazasının qərargahıdır və həmçinin nadir torpaq mineralları, neft və təbii qaz yataqlarını ehtiva edir.
Almaz Həsənli