
Vitkoff Putinin ABŞ-a etdiyi bir istəyi açıqladı
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff bildirib ki, Rusiya lideri Vladimir Putin Sankt-Peterburq görüşündə Vaşinqtondan Ukraynada daimi sülhün təmin olunmasını istəyib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoffa istinadən məlumat yayıb.
Vitkoff deyib ki, görüş təxminən beş saat davam edib və Putinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kiril Dmitriyev də iştirak ediblər. O, hadisəni "gözəl" adlandırıb.
"Sona doğru həqiqətən finala çatdıq və mən "nəhayət" deyəcəyəm, amma bunu gözlədiyimiz mənasında demirəm. Yəni, bizə bu nöqtəyə gəlmək bir qədər vaxt apardı. Putinin tələbi daimi sülhdür", - Vittkoff deyib.
Xatırladaq ki, aprelin 11-də Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkoff arasında görüş baş tutub.
Almaz Həsənli