Tramp Rusiyaya qarşı sanksiyalar rejimini bir il müddətinə uzadıb

Tramp Rusiyaya qarşı sanksiyalar rejimini bir il müddətinə uzadıb

13 Aprel 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident Donald Tramp Co Baydenin Rusiyanın zərərli xarici siyasət hərəkətləri səbəbindən elan etdiyi fövqəladə vəziyyətin müddətini bir il uzadıb.

Bu barədə ABŞ Federal Reyestrinin rəsmi saytı xəbər verir.

Sənədin adında deyilir: “Rusiya Federasiyası hökumətinin göstərilən zərərli xarici siyasət fəaliyyəti ilə əlaqədar fövqəladə vəziyyət rejiminin uzadılması”.

Orada həmçinin deyilir ki, fövqəladə vəziyyət 2021-ci ilin aprelində əvvəlki prezident Co Bayden tərəfindən tətbiq edilib. Üstəlik, bu fərman həm də Rusiyanın əmlakını bloklamaq və sanksiyalar tətbiq etmək məqsədi daşıyırdı.

Rusiyanın həyata keçirdiyi tədbirlər siyahısına aşağıdakılar daxildir:

ABŞ və digər ölkələrdə azad və ədalətli demokratik seçkilərin keçirilməsinə xələl gətirmək cəhdləri;
ABŞ və onun müttəfiqləri və tərəfdaşlarına qarşı zərərli kiber fəaliyyətlə məşğul olmaq;
Xarici hökumətlərə təsir etmək üçün transmilli korrupsiyanın təşviq edilməsi və istifadə edilməsi;
Dissidentlərə və ya jurnalistlərə qarşı yönəlmiş ekstraterritorial fəaliyyətin həyata keçirilməsi;
ABŞ-ın milli təhlükəsizliyi üçün vacib olan ölkələrdə və regionlarda təhlükəsizliyin pozulması;
Dövlətlərin ərazi bütövlüyünə hörmət də daxil olmaqla beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərinin pozulması.

Qeyd edilir ki, Rusiya “ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə” yaratmağa davam edir.
"Bu səbəbdən ölkədə fövqəladə vəziyyət 2025-ci il aprelin 15-dən sonra da qüvvədə qalmalıdır", - sənədin yekununda deyilir.

Əziz Mustafa, Oxuməni.az