İsrail və Türkiyə Azərbaycanda Suriya ilə bağlı razılığa gələ bilməyiblər

İsrail və Türkiyə Azərbaycanda Suriya ilə bağlı razılığa gələ bilməyiblər

11 Aprel 15:33
Bəyəndim (1) Bəyənmədim (0)


İsrail və Türkiyə Azərbaycanda keçirilən danışıqlar raundunda Suriyada aralarındakı gərginliyin qarşısını almaq üçün razılığa gələ bilməyiblər. Bu açıqlama ilə İsrailin “Kan” dövlət televiziya və radio şirkəti çıxış edib.
Teleşirkətin məlumatına görə, İsrail və Türkiyə tərəflərinin Suriyada aralarında münaqişələrin qarşısının alınması mexanizminin yaradılması ilə bağlı razılığa gəlməyə çalışdıqları danışıqlar bu il aprelin 12-dən 19-na təsadüf edən yəhudilərin Pesax bayramı başa çatdıqdan sonra davam etməlidir. Eyni zamanda, “Kan”ın məlumatına görə, Ankara İsrail nümayəndə heyətini Azərbaycana gətirən İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Türkiyə hava məkanından keçməsinə icazə verməyib və nəticədə Qara dəniz üzərindən daha qərbə Türkiyə ətrafında uçmağa məcbur olub.
Aprelin 10-da yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun ofisi Türkiyənin Azərbaycandakı nümayəndələri ilə birbaşa danışıqlar faktını təsdiqləyib. İsrail tərəfi görüşün təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Baş nazirin ofisi qeyd edib ki, görüş zamanı tərəflər “regiondakı maraqlarını müəyyən ediblər”, bundan sonra “regional sabitliyin qorunması üçün dialoqun davam etdirilməsi razılaşdırılıb”.
İsrail və Türkiyə arasındakı münasibətlər Qəzza zolağında 2023-cü ildə başlayan münaqişənin kəskinləşməsi fonunda kəskin şəkildə pisləşib və 2024-cü ilin sonunda Suriyada baş verən hakimiyyət dəyişikliyindən sonra daha da pisləşib.
Almaz Həsənli