
Çin öz vətəndaşlarının Ukraynaya qarşı müharibədə iştirakını rəsmən bilirdi
Çin öz vətəndaşlarının Rusiya Federasiyasının tərəfində Ukraynaya qarşı müharibədə iştirakından xəbərdar idi.
Bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin jurnalistlərlə görüşü zamanı verdiyi açıqlamaya istinadən məlumat yayıb.
Zelenskidən soruşublar ki, çinlilərin Ukraynaya qarşı döyüşmək üçün hansı motivasiyaya malik olduqları məlum olubmu? Həm də onların muzdlu olub-olmaması və ya hərəkətlərinin Pekinin siyasəti olub-olmaması ilə bağlı.
"Hələlik bu suala cavabım yoxdur. Ukrayna Təhlükəsizlik Xidməti bunun üzərində işləyəcək. Biz sadəcə olaraq qeyd edirik ki, bizdə olan məlumat və detallar sayəsində Çinin rəsmi nümayəndəliklər səviyyəsində daşınma barədə məlumatı var", - Zelenski cavab verib.
Onun sözlərinə görə, hələ ki, kiminsə müvafiq əmr verdiyini demək mümkün deyil.
"Amma biz qeyd edirik ki, onların bu barədə məlumatı var. Biz qeydə alırıq ki, bunlar Çin vətəndaşlarıdır, Ukrayna ərazisində ukraynalılara qarşı silah işlədirlər, bizə qarşı döyüşürlər. Onların motivasiyası, pulu, siyasəti və s., hələ ki, bilmirəm. Amma bu, məlum olacaq", - prezident deyib.
Əziz Mustafa, Oxuməni.az