
Tramp Çin mallarına rüsumları 145%-ə qaldırdı
ABŞ prezidenti Donald Tramp Çindən gətirilən mallara rüsumları 145%-ə qaldırıb. Bu barədə Ağ Evə istinadən CNBC telekanalı məlumat yayıb.
Məqalədə deyilir: "ABŞ-ın Çin idxalına tətbiq etdiyi tarif dərəcəsi indi faktiki olaraq 145% təşkil edir", - deyə Ağ Ev rəsmisi təsdiqləyib.
Öz növbəsində ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib ki, Tramp sülh, eyni zamanda ədalətli ticarət və “Amerika iqtisadiyyatı üçün daha çox özünü təmin etmək” istəyir.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian tarif ticarət müharibəsində qaliblərin olmadığını söylədi. O, həmçinin qeyd edib ki, əgər ABŞ tarif müharibəsi və ticarət müharibəsi başlatmaqda israr edərsə, Çin sona qədər gedəcək.
Aprelin 9-da ABŞ prezidenti Donald Tramp ABŞ-ın Çinə tətbiq etdiyi ticarət tariflərini dərhal 125%-ə qaldıracağını açıqlayıb. Elə həmin gün Çin hakimiyyəti də öz növbəsində güzgü tədbiri olaraq ABŞ-dan idxal olunan mallara rüsumları 84%-ə qədər artırmaq qərarına gəlib.
Əziz Mustafa, Oxuməni.az