Fransa Fələstini tanımağa hazırlaşır

Fransa Fələstini tanımağa hazırlaşır

10 Aprel 10:44
Bəyəndim (3) Bəyənmədim (0)


Fransa hakimiyyəti bu ilin yayında Fələstini dövlət kimi tanıya bilər. Oxuməni.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “France 5” telekanalının efirində deyib.
2024-cü ildə Makron artıq Fransanın Fələstini tanımağa hazır olduğunu bildirib. Lakin o, daha sonra izah etdi ki, bu tanınma “uyğun zamanda” baş verməlidir ki, bu, region dövlətlərinin öhdəlik götürdüyü “prosesin bir hissəsinə” çevrilsin. Çox güman ki, bu vaxt gəlib çatıb.
“Məqsədimiz iyun ayında Səudiyyə Ərəbistanı ilə bir konfransa həmsədrlik etməkdir ki, burada bir neçə ölkə tərəfindən qarşılıqlı tanınması üçün addımı yekunlaşdıra bilərik,” –o deyib.
Keçən ilin may ayında Norveç, İrlandiya və İspaniya da Fələstini tanımaq qərarını açıqlamışdı.
Almaz Həsənli