
ABŞ-ın Ukraynadakı səfiri vəzifəsini tərk edə bilər
ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink yaxın həftələrdə tutduğu vəzifədən istefa verməyə hazırlaşır və diplomatik xidməti tərk edib-etməmək barədə düşünür. Bu barədə Reuters xəbər verir.
Mənbələr onun öz istəyi ilə vəzifəsindən ayrılacağını bildiriblər. Qeyd olunur ki, Brink ABŞ prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlamasından sonra Dövlət Departamentini tərk edən ən yüksək səviyyəli diplomatlardan biri ola bilər.
Brink bu vəzifəyə ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən irəli sürülüb və 2022-ci ilin mayından Kiyevdə səfir vəzifəsində çalışır.
Ukrayna prezidenti Vladimir Zelenski daha əvvəl Bridcet Brinkin təmsil olunduğu Amerika tərəfinin Rusiyanı Krivoy Roqa raket zərbəsi endirməsinə görə qınamamasına təəccüblənmişdi. O, ABŞ səfirliyinin reaksiyasından xoşagəlməz bir şəkildə təəccübləndiyini söylədi: “Belə güclü ölkə, belə güclü xalq – və belə zəif reaksiya”.
Jurnalist daha əvvəl Rusiya və Avropanın Ukrayna münaqişəsinə yanaşmalarının fərqliliyindən danışıb.
Əziz Mustafa, Oxuməni.az