Tramp əksər ölkələr üçün rüsumları dayandırır

Tramp əksər ölkələr üçün rüsumları dayandırır

10 Aprel 12:10
Bəyəndim (3) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Tramp dünyanın əksər ölkələri üçün - Vaşinqtona qarşı cavab tədbirləri görməyənlər üçün əlavə ticarət rüsumlarını 90 günlük dayandırılacağını elan edib. Bu müddət ərzində bu ölkələrə 10%-lik “əsaslı şəkildə azaldılmış tarif” tətbiq olunacaq.Bu barədə Tramp çərşənbə günü, aprelin 9-da “Truth Social” sosial şəbəkəsində yazıb.

O, qeyd edib ki, dünyanın 75-dən çox ölkəsi ABŞ-ı ticarət və ticarət maneələri ilə bağlı danışıqlara çağırıb və ABŞ-a qarşı heç bir cavab tədbiri görməyib. Ağ Ev rəhbəri rüsumların tətbiqinin hansı ölkələr üçün dayandırılacağını dəqiqləşdirməyib.

Eyni zamanda, Tramp Çindən idxala görə rüsumların daha da artırılacağını açıqlayıb - indiki 104% əvəzinə 125%-ə qədər. Eyni zamanda o, Pekini dünya bazarlarına “hörmətsizlikdə” ittiham edib. “Hansısa məqamda ümid edirəm ki, yaxın gələcəkdə Çin başa düşəcək ki, ABŞ və digər ölkələri qarət edən günlər artıq davamlı və məqbul deyil”, - Amerika prezidenti əlavə edib.

Tramp bildirib ki, hər iki qərar dərhal qüvvəyə minir.

Almaz Həsənli