
Tramp Çin mallarına rüsumları 125%-ə qaldırıb
ABŞ prezidenti Donald Tramp Çin mallarına rüsumları 125%-ə qədər artırmaq qərarına gəldiyini açıqlayıb.
"Çinin qlobal bazarlara hörmətsizliyini nəzərə alaraq, mən ABŞ-ın Çinə tətbiq etdiyi tarifləri dərhal qüvvəyə minəcək 125%-ə qədər artırıram", - Tramp Truth Social-da yazıb.
Daha əvvəl elan edilmiş tarif artımlarına cavab verməyən ölkələr üçün yeni rüsumlar 90 gün müddətinə dayandırılıb. Dayandırma ABŞ-ın Asiyadakı ticarət tərəfdaşlarının əksəriyyətinə təsir etdi.
Aprelin 2-də Tramp ABŞ-ın xarici ticarət tərəfdaşlarından (siyahıya ümumilikdə 185 ölkə daxil edilib) mallara güzgü tariflərinin tətbiqi barədə məlumat verib. Minimum baza tarif dərəcəsi 10% təşkil edəcək, lakin bir sıra ölkələr üçün tariflər ABŞ-ın bu ölkələrlə ticarət kəsirindən asılı olaraq fərdi hesablanır. Məsələn, Çin üçün ilkin olaraq rüsumlar 34% olmalı idi.
Buna cavab olaraq Pekin aprelin 10-dan ABŞ-dan gələn mallara 34% əlavə rüsum tətbiq etmək qərarına gəlib.
Aprelin 9-da Tramp Çin mallarına tarif dərəcəsinin "göründüyü hər yerdən '34%' götürülərək və bütün ticarət sənədlərində '84%' ilə əvəz edilərək dəyişdirilməsini əmr etdi. Bu, Trampın ilk səlahiyyət müddətində Çin mallarına tətbiq etdiyi 20% tarifləri nəzərə alınmaqla ümumi tarifi 104%-ə çatdırır.
CNBC qeyd edib ki, Çin Amerika mallarına cavab rüsumlarından imtina edərsə, ABŞ Çin mallarına rüsumların artırılması ilə bağlı mövqeyini yenidən nəzərdən keçirməyə hazırdır. Bununla belə, Pekin güzəştə getmək niyyətində olmadığını bəyan edib.
Əziz Mustafa, Oxuməni.az