Minlərlə qırğızıstanlı müxtəlif ölkələrin həbsxanalarında cəza çəkir

Minlərlə qırğızıstanlı müxtəlif ölkələrin həbsxanalarında cəza çəkir

14 Aprel 15:11
Bəyəndim (4) Bəyənmədim (0)

Qırğızıstanlılar bütün Avropa ölkələrinin həbsxanalarında cəza çəkirlər. Bunu aprelin 14-də parlamentin sosial komitəsinin iclasında deputat Janar Akayev bildirib.

Onun sözlərinə görə, iki Qırğızıstan vətəndaşı Belçikada, dördü Hollandiyada həbsdədir, Litvada isə qırğız yük maşını sürücüləri işdən çıxarılıblar

"Belçikadakı Qırğızıstan səfirliyinə zəng etdim, dedim ki, orada iki Qırğızıstan vətəndaşı həbsxanadadır. Dedim ki, onlarla səfir olaraq maraqlanın. İtaliyada, Yunanıstanda da həbsxanada olan qırğızlar var. Onları iş adı altında xaricə aparır və sonra yad ölkədə özbaşına, ciblərində bir qəpik olmadan ac-susuz küçələrə atırlar. Onların taleyi ilə kim məşğul olmalıdır? Səfirin cavabından belə düşdüm i, Yunanıstanda həbsxanalarda oturana qırğızlarla bağlı ölkəmizin Türkiyədəki səfiri, İtalyada cəza çəkənlərə oradakı səfirimiz cavabdehdir. Amma bu işlə faktiki olaraq heç kim məşğul olmur. Bu ki, biabırçılıqdır. Axı onlar bizim vətəndaşlarımızdır".

Onun sözlərinə görə, minlərlə qırğızıstanlı müxtəlif ölkələrin həbsxanalarında cəza çəkir və onların problemlərini həll etmək üçün təcili addımlar atılmalıdır.

Əziz Mustafa, Oxuməni.az