Rusiya səfiri Belyaev İsveç Xarici İşlər Nazirliyinə çağırılıb

Rusiya səfiri Belyaev İsveç Xarici İşlər Nazirliyinə çağırılıb

08:36
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiya səfiri Sergey Belyayev İsveç Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə XİN rəhbəri Mariya Stenerqaard X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, Rusiya səfiri “Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü, Ukrayna şəhərlərinə və mülki əhaliyə hücumları” ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

O, İsveç hökumətinin Ukraynada ədalətli və davamlı sülh görmək istədiyini və lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəyini vurğulayıb.

Martın 13-də Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi İtaliya prezidenti Sercio Mattarellanın Rusiyanın guya Avropa ölkələrini nüvə silahından istifadə ilə hədələməsi barədə sözlərini “yalan və dezinformasiya” adlandırıb. Diplomatın qeyd etdiyi kimi, siyasətçilər belə bəyanatlara görə cavab verməlidirlər.

Daha sonra Moskvanın Romadakı səfiri İtaliya Xarici İşlər Nazirliyinə çağırılıb. Vəziyyəti şərh edən respublika Xarici İşlər Nazirliyinin rəhbəri Antonio Tajani bildirib ki, buna səbəb Mariya Zaxarovanın dövlət başçısını tənqid etməsi olub.

Əziz Mustafa, Oxuməni.az