Yaponiyanın əhalisi yarım milyon nəfər azalıb

Yaponiyanın əhalisi yarım milyon nəfər azalıb

07:40
Bəyəndim (1) Bəyənmədim (0)

Daxili İşlər və Rabitə Nazirliyinin məlumatına görə, Yaponiya əhalisi son hesabat ilində (2023-cü ilin oktyabrından 2024-cü ilin oktyabrına qədər) 550 min nəfər azalıb. Ardıcıl 14-cü ildir ki, Yaponiya əhalisi azalır. Hazırda ölkənin 123,8 milyon əhalisi var.

Ölkədə yaşayan Yaponiya vətəndaşlarının sayı 898 min nəfər azalıb ki, bu da 1968-ci ildən bəri statistika aparıldıqdan sonra ən böyük illik azalmadır.

Eyni zamanda, Yaponiya əhalisi nəzərəçarpacaq dərəcədə yaşlanmaqda davam edir. İlin sonuna 15 yaşadək əhalinin xüsusi çəkisi ümumi əhalinin 11,2 faizini təşkil edib. Bu, 13,83 milyon nəfərdir ki, bu da əvvəlki illə müqayisədə 343 min nəfər azdır və tarixin ən aşağı göstəricisidir. Bununla belə, yaşlı sakinlərin (65 yaşdan yuxarı) sayı artmaqda davam edir. 2024-cü ildə onların sayı 17 min - 36,24 milyon artıb. Onlar artıq Yaponiya əhalisinin 29,3%-ni təşkil edir.

Əziz Mustafa, Oxuməni.az