ABŞ yaxın aylarda Suriyadan qoşunlarını çıxarmağa başlayacaq

ABŞ yaxın aylarda Suriyadan qoşunlarını çıxarmağa başlayacaq

08:42
Bəyəndim (1) Bəyənmədim (0)

İsrailin Ynet portalı mənbələrə istinadən xəbər verir ki, ABŞ İsrailə yaxın iki-üç ay ərzində Suriyadan Amerika qoşunlarını çıxarmağa başlamaq planları barədə məlumat verib. İsrail bu ssenarinin qarşısını almağa çalışsa da, amerikalı həmkarlarını mövqelərini dəyişməyə inandıra bilməyib.

Ynet yazır ki, İsrail kəşfiyyat xidmətlərinin rəhbərləri ABŞ qoşunlarının Suriyada qalmasını təmin etmək üçün amerikalı həmkarlarına “təzyiq” etməkdə davam edir. Adının açıqlanmasını istəməyən İsrail rəsmisinin sözlərinə görə, İsrail Amerika qoşunlarının çıxarılmasının Türkiyənin Suriya Ərəb Respublikasında təsirini genişləndirməsinə imkan verəcəyindən qorxur.

Fevralda NBC telekanalı mənbələrə istinadla bildirmişdi ki, Donald Trampın bu məsələdə “maraqlı” olması səbəbindən Pentaqon 30, 60 və ya 90 gün ərzində Suriyadan Amerika qoşunlarının çıxarılması planını hazırlamağa başlayıb. ABŞ prezidenti bildirib ki, bu məsələ ilə bağlı qərar qəbul etməyi planlaşdırır.

Suriyada 2000-ə yaxın əsgərin yerləşdiyi ondan çox ABŞ hərbi bazası var. Onların missiyası, Pentaqonun fikrincə, İslam Dövləti ilə mübarizə aparmaqdır. Amerika qoşunlarının çıxarılması Suriya kürdlərini dəstəkdən məhrum edəcək. Üstəlik, belə bir addım 9000 yaraqlı da daxil olmaqla 50 min insanın saxlandığı həbsxana və düşərgələri təhdid edəcək.

Əziz Mustafa. Oxuməni.az