
İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə nasazlıq səbəbindən öz ərazisini bombalayıb
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Qəzza zolağına zərbə endirmək üçün uçuş zamanı öz ərazisinə bombalar atıb. Bu barədə TASS məlumat yayıb.
Xəbərdə deyilir ki, Qəzza zolağına hücum zamanı döyüş təyyarəsindən atılan sursat texniki nasazlıq nəticəsində İsraillə sərhəd şəhəri Nir Yitzhakda açıq əraziyə düşüb.
İsrail hərbçilərinin məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Bundan əvvəl İsrailin müdafiə naziri İsrael Katz demişdi ki, İsrail ordusu tezliklə Qəzza zolağında hərbi əməliyyatları genişləndirəcək. O, bölgə sakinlərini müharibəyə son qoymaq üçün HƏMAS-ı anklavdan çıxmağa və bütün girovları azad etməyə çağırıb.
Əziz Mustafa, Oxuməni.az
Digər xəbərlər