Avropa İttifaqı İrana qarşı sanksiyaları bərpa edib

Avropa İttifaqı İrana qarşı sanksiyaları bərpa edib

10:58
Bəyəndim (4) Bəyənmədim (0)

Avropa İttifaqının xarici işlər nazirləri bazar ertəsi Avropa İttifaqı vətəndaşlarını saxladıqları üçün yeddi İranlı şəxs və iki təşkilata qarşı sanksiyaları təsdiqləyiblər.

Sanksiya tətbiq edilən şəxslərin siyahısına Tehranın Evin həbsxanasının rəisi, bir neçə hakim və digər İran rəsmiləri daxildir.

Yeni sanksiyalar paketində Şiraz şəhərindəki həbsxananın da adı çəkilir. Aİ sanksiyalarına Aİ daxilində aktivlərin dondurulması və üzv ölkələrə girişin qadağan edilməsi daxildir.

Bununla belə İran həbsxanalarının Avropada hansı əmlaka sahib ola biləcəyi başa düşülən deyil.

Əziz Mustafa, Oxuməni.az