
Britaniya ABŞ-la ticarət müharibəsi istəmir
Böyük Britaniyanın Baş naziri Keir Starmer yerli avtomobil sənayesini xilas etmək üçün tariflərlə bağlı ABŞ ilə gərginliyin artmasına qarşı çıxış edib.
Hökumət başçısının sözlərinə görə, vəziyyəti yumşaltmaq üçün ABŞ-la danışıqlar davam edəcək.
Starmer aprelin 7-də Solihulldakı "Jaguar Land Rover" zavodunu ziyarət edərkən, "Belə bir zamanda gələcəyimizi formalaşdırmalıyıq, addım atmalıyıq, qorxaq ola bilmərik" dedi.
Aprelin 2-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonun əsas ticarət tərəfdaşları olan dünyanın əksər ölkələrinə rüsumlar tətbiq edib. Bu, trilyonlarla dollarlıq ticarətə təsir edəcək.
Xüsusilə, Böyük Britaniyaya gəldikdə, ABŞ malların ixracına 10%, eləcə də avtomobillərin ixracına 25% rüsum tətbiq etdi.
"Jaguar Land Rover" yeni idxal vergiləri səbəbindən ABŞ-a avtomobil ixracını dayandırıb.
Starmer daha əvvəl bildirmişdi ki, Trampın tarifləri səbəbindən Avropa qlobal iqtisadiyyatın yeni dövrünə qədəm qoyur.
Baş nazir həmçinin qeyd edib ki, Böyük Britaniya tariflərə “sərin və sakit baş” ilə cavab verəcək.
Bu arada ABŞ Trampın yeni rüsumlarıilə bağlı dünyanın onlarla ölkəsi ilə danışıqlara hazırlaşır.
Əziz Mustafa, Oxuməni.az