Pentaqon rəhbəri ABŞ-ın Panama kanalını Çinin təsirindən çıxaracağını bildirib

Pentaqon rəhbəri ABŞ-ın Panama kanalını Çinin təsirindən çıxaracağını bildirib

9 Aprel 07:58
Bəyəndim (4) Bəyənmədim (0)

ABŞ hakimiyyəti Panama kanalını Çinin təsirindən çıxarmaq niyyətindədir. Bu barədə Pentaqonun katibi Pit Heqset Panama prezidenti Xose Raul Mulino ilə danışıqlardan sonra məlumat verib. Onun sözlərinə görə, ABŞ Çinin “kanalı silaha çevirməsinə” icazə verməyəcək.

"Biz birlikdə Panama kanalını Çin təsirindən azad edəcəyik" deyə Pit Heqset bəyan edib. O, əlavə edib ki, ABŞ Çin firmalarının kommersiya əlaqələrindən casusluq məqsədilə istifadə edərək, Çinin “kanalı silahlandırmasına” icazə verməyəcək.

Pentaqonun rəhbəri həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar Panama ilə əməkdaşlığı, o cümlədən təhlükəsizlik sahəsində dərinləşdirməyi hədəfləyir. "Təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi hər iki ölkəmizi daha təhlükəsiz, güclü və firavan edəcək", - Pete Hegseth X sosial şəbəkəsində Panama lideri ilə görüşündən sonra yazıb.

Əziz Mustafa, Oxuməni.az