Dominikan Respublikasında gecə klubunda 79 nəfər həlak olub

Dominikan Respublikasında gecə klubunda 79 nəfər həlak olub

9 Aprel 11:24
Bəyəndim (2) Bəyənmədim (0)


Çərşənbə axşamı, aprelin 8-i axşam saatlarında Dominikan Respublikasında gecə klubunun damının uçması nəticəsində azı 79 nəfər ölüb.Bu barədə Oxcuməni.az “DW”-yə istinadən xəbər verir.
Xilasetmə xidmətinin direktoru Xuan Manuel Mendesin sözlərinə görə, daha 155 nəfər yaralanıb, lakin ölənlərin sayı arta bilər. 400-ə yaxın xilasedici dağıntılar altında itkin düşənləri axtarır.
Yerli media xəbər verir ki, paytaxt Santo -Dominqoda məşhur “Jet Set” müəssisəsinin damı tanınmış merenq müğənnisi Rubby Peresin çıxışı zamanı qəflətən çöküb. 69 yaşlı müğənni də dağıntılar altında qalıb. Qızının dediyi kimi, hadisədən bir neçə saat sonra atasının sağ olması xəbərini alıb. O, yaralanıb və hələ də dağıntılar altındadır.
Hadisə şahidlərinin sözlərinə görə, dam qəflətən uçub - onlardan biri deyib ki, əvvəlcə zəlzələ olduğunu düşünüb və buna görə də başını bağlayaraq özünü yerə atıb. Başqa bir şahidin dediyinə görə, əvvəlcə tavandan gips, sonra stolun üstünə daş düşüb və o, gücü baxımından sonrakı zərbəni sunami və ya zəlzələ ilə müqayisə edib.
Səlahiyyətlilər təbii fəlakət zamanı gecə klubunda neçə nəfərin olduğu barədə məlumat verməyib. KİV-in məlumatına görə, söhbət 500-1000 ziyarətçidən gedir.
Ölkə prezidenti Luis Abinader Santo- Dominqoda faciə qurbanları üçün üç günlük milli matəm elan edilməsi haqqında fərman imzalayıb.
Almaz Həsənli