
Rusiyalı aktyor Mixail Efremov azadlığa çıxıb
Mixail Efremov cəzasını çəkdiyi Belqorod vilayətinin Alekseyevka şəhərindəki İK-4-dən azad edilib.Bu barədə “TASS” vəkil Yuri Padalkoya istinadən xəbər verir.
“Shot Telegram” kanalının vəkilə istinadən verdiyi məlumata görə, Efremov “jurnalistlərin izdihamından yayınmaq üçün gizli şəkildə koloniyadan çıxarılıb”.
Martın sonunda Belqorod vilayətinin Alekseevski Rayon Məhkəməsi Efremovun şərti azadlığa buraxılması ilə bağlı vəsatətini təsdiqləyib. Məhkəmə prosesində Efremov içkidən imtina edəcəyinə və bir daha avtomobil sürməyəcəyinə söz verib və günahını etiraf etdiyini bildirib.
Azadlığa çıxandan sonra aktyor KOAH (xroniki ağciyər xəstəliyi) xəstəliyindən müalicə alacaq və sonra aktyorluq karyerasına qayıdacaq.
2020-ci ilin yayında Mixail Efremov sərxoş halda qarşıdan gələn zolağa çıxdıqdan sonra “Lada” ilə toqquşub. Qəza nəticəsində sürücü dünyasını dəyişib. Efremov 8 il müddətinə azadlıqdan məhrum edilib, lakin sonradan bu müddət 7,5 ilə endirilib. Aktyor dörd il həbs cəzası çəkdi və şərti azadlığa buraxıldı.
Almaz Həsənli