Brent markalı neftin qiyməti bahalaşıb
Yaxın Şərqdə münaqişənin yeni eskalasiyası fonunda əvvəlki sessiyanın yekunlarına görə müşahidə olunan əhəmiyyətli artımdan sonra, çərşənbə axşamı səhər saatlarında neft qiymətləri yüksəlməkdə davam edir.
Oxuməni.az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:15-ə olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin noyabr fyuçersləri bir barel üçün 91,46 dollar təşkil edir ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,97 dollar (1,07%) bahadır. Bazar ertəsi günü bu fyuçerslərin qiyməti 2,39 dollar (2,71%) artaraq bir barel üçün 90,49 dollara çatıb.
Nyu-York Əmtəə Birjasında (NYMEX) keçirilən elektron ticarətdə WTI markalı neftin oktyabr fyuçersləri isə 1,19 dollar (1,39%) bahalaşaraq bir barel üçün 86,95 dollar təşkil edib. Ötən sessiyanın yekunlarına görə, onların dəyəri 2,36 dollar (2,83%) artaraq 85,76 dollara yüksəlmişdi.
Almaz Həsənli


























































































