Boşanmış kişilərin 44 faizinin potensial problemi var

Boşanmış kişilərin 44 faizinin potensial problemi var

19 Fevral 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Boşanmış kişilər digərlərinə nisbətən erektil disfunksiyadan daha çox əziyyət çəkirlər. «HuffPost» yazır ki, Britaniya tibb xidməti «Superdrug Online Doctor» tərəfindən aparılan sorğunun nəticələrinə əsasən bu qənaətə gəlib.
Xidmət analitiklərinin fikrincə, boşanmış kişilərin 44 faizinin potensial problemi var. Evli kişilər arasında isə respondentlərin yalnız 28 faizi bu intim problemi qeyd edib. Həmçinin qeyd olunur ki, erektil disfunksiya bütün yaşlarda kişilər arasında demək olar ki, eyni dərəcədədir. Gənc kişilərin üçdə biri həyatlarında ən azı bir dəfə də olsa yataq otağında çətinliklə üzləşirlər. 45-54 yaş qrupunda bu rəqəm 37 faiz təşkil edib.
Mütəxəssislər cinsi həyatı yaxşılaşdırmaq üçün psixoterapevtə müraciət etməyi tövsiyə edirlər.

Oxuməni.az