ETSN-dən isti hava ilə əlaqədar əhaliyə - Xəbərdarlıq

ETSN-dən isti hava ilə əlaqədar əhaliyə - Xəbərdarlıq

15 Avqust 2022 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər dünyada, eləcə də, ölkəmizdə temperaturun daha da yüksəlməsi, iqlim şəraitində quraqlığın müşahidə olunması təbiət ərazilərində yanğınların başvermə təhlükəsini artırır.

Oxuməni.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, hazırda ölkə ərazisində müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır. Bütün bunları nəzərə alaraq, hamımız təbiət qoynunda olarkən daha da diqqətli olmalı, davranışlarımızı maksimum dərəcədə ehtiyatlılıq üzərində qurmalıyıq.

“Hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, qızmar yay günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar. Bilməliyik ki, hər birimizin ani ehtiyatsızlığı və etinasızlığı qarşısıalınmaz yanğınlara səbəb ola bilər”.