Video qalmaqalı böyüyür: Qadının həyat yoldaşı və qardaşı da…

Video qalmaqalı böyüyür: Qadının həyat yoldaşı və qardaşı da…

16 Avqust 2022 14:54
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyi ilə bağlı "intim qalmaqal" getdikcə daha da böyüyür.

Belə ki, FHN Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədovun köməkçisi, polkovnik Zaur Mirzəyevin "fəaliyyətinə" dair yeni-yeni görüntü və məlumatlar yayılır.

Oxuməni.az xəbər verir ki, Bakupost.az -a daxil olan məlumata görə, polkovnik Z. Mirzəyev FHN-də çalışan bir çox qadınlarla intim münasibətdə olub. Bütün bunları gizlicə videoya çəkən general köməkçisinin daha sonra bu görüntülərlə həmin qadınları şantaj etdiyi bildirilir.

Z. Mirzəyevlə onun xidməti otağında intim münasibətdə olan qadınla bağlı da bir sıra məlumatlar əldə etmişik. Belə ki, onun həyat yoldaşı və qardaşının hazırda FHN-də işlədikləri gələn xəbərlər arasındadır.

O da qeyd olunur ki, general-mayor Füzuli Əsədovun köməkçisi, polkovnik Z. Mirzəyev bütün bu "əməliyyatları" FHN-in Xətai rayonundakı inzibati binasında həyata keçirib.