Avtomobil almaq istəyənlər üçün MÜHÜM XƏBƏR - Bu maşınların qiyməti... VİDEO

Avtomobil almaq istəyənlər üçün MÜHÜM XƏBƏR - Bu maşınların qiyməti... VİDEO

12 Sentyabr 2022 06:49
Bəyəndim (0) Bəyənmədim (0)

Avtomobil bazarında durğunluq yaşanır. Alıcılıq qabiliyyəti düşüb. Alıcılar və da satıcılar narazıdır.

Oxuməni.az xəbər verir ki, satıcıların sözlərinə görə, belə vəziyyət bir neçə aydır ki, davam edir. Bazara gələn azsaylı alıcılar daha çox hibrid və dizel mühərrikli avtomobillərə maraq göstərirlər.

Benzinlə işləyən avtomobillərdən isə mühərrik həcmi kiçik olanlar daha çox satılır. Belə nəqliyyat vasitələrinin qiymətində artım müşahidə edilir.

Alıcılar da deyirlər ki, hər bazar günü avtomobillərin qiymətində nəzərəçarpacaq dərəcədə dəyişklik olur. Daha çox gələcəkdə rahat satıla biləcək nəqliyyat vasitələrinə üstünlük verilir.

Satıcılar bildirirlər ki, hər il payıza doğru qiymətlərdə azalma olmur. Ona görə qiymətlərin indiki səviyyədə qalacağı gözlənilir.