Azərbaycan Ordusunun yeni döyüş taktikası: “Harop” və “Bayraktar” eyni döyüşdə

Azərbaycan Ordusunun yeni döyüş taktikası: “Harop” və “Bayraktar” eyni döyüşdə

21 Sentyabr 2022 06:23
Bəyəndim (0) Bəyənmədim (0)

İki günlük sərhəd müharibəsində Azərbaycan ordusu Ermənistanın hava hücumundan müdafiə sistemini zərərsizləşdirmək üçün bir qədər fərqli taktikalardan istifadə edib.

Oxuməni.az xəbər verir ki, bu barədə İsrailin “İsrael Defense” məlumat yayıb.

Nəşr Ermənistanla həmsərhəd rayonlarda (Basarkeçər rayonunda) hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videomaterialları təhlil edərək belə qənaətə gəlib.

İsrail nəşri yazır ki, Azərbaycan ordusu ilk dəfə olaraq “Harop” kamikadze droundan istifadə edərək S-300 zenit-raket kompleksinin raket sistemini sıradan çıxarıb. Bundan sonra “Bayraktar TB2” kompleksin radar bölməsinə raket zərbəsi endirib.

Materialda bildirilib ki, “İsrael Aerospace Industries” şirkəti tərəfindən hazırlanmış “Harop” Ermənistanın Rusiya istehsalı olan zenit sistemlərini aciz qoyub.

“Görünür, azərbaycanlılar “Harop”u Türkiyənin “Bayraktar” TB2 PUA-sı ilə birləşdirən hərbi doktrina hazırlayıblar”, - deyə nəşr qeyd edib.