Prezident İlham Əliyev Zabuxda məktəb tikintisinə pul ayırdı

Prezident İlham Əliyev Zabuxda məktəb tikintisinə pul ayırdı

22 Sentyabr 2022 14:11
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Oxumən.az xəbər verir ki, sərəncamla Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300 min manat ayrılıb.