Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru vəzifəsinə təyin olunub

Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru vəzifəsinə təyin olunub

23 Sentyabr 2022 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Mətbuat Şurasının sədri Əflatun Amaşova vəzifə verilib.

Oxuməni.az xəbər verir ki, Əflatun Amaşov “Xalq qəzeti”nin baş redaktoru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov sentyabrın 21-də vəzifəsindən azad edilib. Əflatun Amaşovun yurnalistlərin qurultayından əvvəl “Xalq qəzeti”nin baş redaktoru vəzifəsinə təyin olunması onun MŞ-nin sədri vəzifəsindən azad edilməsi anlamına gəlir. Beləliklə sabah keçiriləcək qurultayda MŞ-yə yeni sədr seçiləcək. MŞ-nin sədri vəzifəsinə isə 525-ci qəzetin redaktoru Rəşad Məcidin seçiləcəyi ehtimal edilir