"Azərbaycan əsgərinə xəsarət yetirilibsə, bunun cavabı verilməlidir”

"Azərbaycan əsgərinə xəsarət yetirilibsə, bunun cavabı verilməlidir”

25 Sentyabr 2022 00:33
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan tərəfinin növbəti təxribatı onların daha ciddi cəzalanması ilə nitəcələnəcək. Azərbaycan əsgərinə atəş açılan bütün nöqtələrin cəmləşdirilmiş artilleriya atəşi ilə məhv edilməsi və həmin mövqelərdə bayrağımızın ucaldılması təmin edilməlidir. Bundan sonra Ermənistanın aldığı cəzalardan nəticə çıxarıb-çıxarmayacağı artıq onların işidir. Çünki erməni tərəfi sentyabrın 12-dən başlatdıqları təxribatlara cavab Azərbaycan Ordusunun cəza tədbirlərinin nəticəsində döyüş meydanından cəsədlərini hələ tam toplayıb qurtarmayıb. Əgər onlar bu günə qədər aldıqları dərslərdən nəticə çıxarmırlarsa, bu, artıq onların problemidir. Bu bizi qətiyyən maraqlandırmır.

Oxuməni.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.

O hesab edir ki, bizim üçün əsas məsələ Azərbaycan əsgərinin sağlamlığıdır:

“Əgər bir gündə 3 Azərbaycan əsgəri erməni təxribatı nəticəsində xəsarət alırsa, bu ciddi bir siqnaldır. Bunun da cavabı ən yaxın saatlarda və ya günlərdə veriləcək. Burada diqqət çəkən məqam odur ki, Ermənistanın hərbi təhbərliyi baş nazir Nikol Paşinyanın istefasını tələb edirdi. 40 general və polkovnikdən ibarət bir olan qrup N.Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün kampaniya başlatmışdılar. Hazırda həmin qrupdan 30 nəfər öz vəzifələrini icra edir. N.Paşinyan onlardan sadəcə 10 nəfərini vəzifədən uzaqlaşdıra bilib. Qalanları yerindədir”.

Hərbi ekspert N.Paşinyana qarşı olan hərbi komdanlığın böyük əskəriyyətinin Köçəryan-Sarkisyan rejimi zamanında general olduğunu söyləyib:

“İndi də onlar N.Paşinyana zərbə vurmaqla sülh prosesini pozmaq və bunun ardınca Ermənistanda xaos yaratmaq üçün təxribatlara əl atırlar. Amma ümumilikdə bunlar da bizim üçün maraqlı deyil. Azərbaycan əsgərinə xəsarət yetirilibsə, bunu cavabı verilməlidir”