Prezident İlham  Əliyev Bolqarıstanda səfərdədir

Prezident İlham Əliyev Bolqarıstanda səfərdədir

30 Sentyabr 2022 12:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 30- da Bolqarıstanın paytaxtı Sofiya şəhərinin Aleksandr Nevski meydanında rəsmi qarşılanma mərasimi olub.

Oxuməni.az xəbər verir ki, Azərbaycanın və Bolqarıstanın Dövlət bayraqlarının dalğalandığı meydanda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Bolqarıstan Prezidenti Rumen Radev qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Hərbi orkestrin ifasında Azərbaycanın və Bolqarıstanın Dövlət himnləri səslənib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Prezident İlham Əliyev Bolqarıstan əsgərlərini salamlayıb.

Bolqarıstanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Rumen Radevə təqdim olunub.

Fəxri qarovul dəstəsi prezidentlərin qarşısından keçib.