Azərbaycan Ermənistandan Qarabağdakı qondarma ordunun buraxılmasını  tələb edir: Qarabağ ermənilərinə sıfır status

Azərbaycan Ermənistandan Qarabağdakı qondarma ordunun buraxılmasını tələb edir: Qarabağ ermənilərinə sıfır status

3 Oktyabr 2022 16:01
Bəyəndim (0) Bəyənmədim (0)

“Haykakan Jamanak” qəzeti Cenevrə görüşündən sonra Azərbaycanın Ermənistandan tələblərinin siyahısını dərc edib.

Oxuməni.az xəbər verir ki, erməni nəşri hakimiyyətə yaxın mənbələrə istinadla məlumat yayıb.

Nəşrin sözlərinə görə, Azərbaycanın ilk tələbi Qarabağdakı qondarma ordunun buraxılmasıdır:

“Daha sonra Azərbaycan tərəfi “Artsax”da ermənilərin yaşadığı ərazini heç bir muxtariyyət olmadan (sıfır statuslu) Azərbaycanın bir hissəsi kimi tanınmasını əsas tələb kimi irəli sürüb.

Həmçinin, Azərbaycan Ermənistan ərazisindən – Sünikdən dəhliz açmaqda israrlı görünür. O cümlədən qarşı tərəf 1919-1920-ci illərin xəritələrinə əsasən, delimitasiya və demarkasiya prosesinə başlamağı təklif edib.

Azərbaycan itkin düşmüş azərbaycanlıların taleyi barədə məlumatların təqdim edilməsini də Ermənistandan istəyib”, - deyə erməni KİV-i iddia edib.

Xatırladaq ki, hazırda hakimiyyətpərəst çıxışları ilə seçilən qəzetin Baş redaktoru Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyandır.