Makron əslində özünün şərəf və ləyaqətini erməni pullarına satıb
Deputat Fəzail Ağamalı parlamentdəki çıxışında Fransa prezidenti Makronun sərsəm fikirləri ilə bağlı həmkarlarının dediklərini müdafiə edib.
Oxuməni.az-ın verdiyi xəbərə görə, deputat bildirib ki, burda irəli sürülən təkliflər reallaşdırılmalıdır. Onun sözlərinə görə, prezident Makronun Azərbaycan dövlətinə qarşı sərsəm fikirlər söyləməsi birinci hal deyil: “O, heç bir halda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində iştirak etməli deyil, çünki o, birmənalı şəkildə Ermənistanın yanındadır”.
F. Ağamalı Ermənistanın “sülhəpərvər və tolerant olduğunu” iddia edən Fransa prezidentinin fikirlərinə tutarlı arqumentlərlə etiraz edib. O deyib ki, Fransanın siyasətini neft-qaz siyasətinə dəyişməyəcəyini iddia edən Makron əslində özünün şərəf və ləyaqətini erməni pullarına satıb.
Azərbaycanı sanksiya ilə təhdid edən Makronun dediklərinə cavabında F.Ağamalı deyib: “Biz Fransa ilə münasibətlərimizə, diplomatik əlaqələrimizə yenidən baxmalıyıq və bununla bağlı XİN-in mövqeyini gözləyirik”.

































.jpg)
























































