XİN-dən Paşinyana cavab: "Saxta bəhanələrə son qoymalıdır"

XİN-dən Paşinyana cavab: "Saxta bəhanələrə son qoymalıdır"

17 Oktyabr 2022 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

"Ermənistan 2020-ci il noyabrın 1-da imzalanmış üçtərəfli bəyanata əsasən, Zəngəzur dəhlizi ilə avtomobil/dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır".

Oxuməni.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviter səhifəsində edilən paylaşımda bildirilib.

Nazirlikdən qeyd olunub ki, 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil.