Ərdoğan səlahiyyətlərini ona təhvil verdi

Ərdoğan səlahiyyətlərini ona təhvil verdi

22 Oktyabr 2019 15:13
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini Vitse-prezident Fuad Oqtaya təhvil verib.

Oxumeni.az xəbər verir ki, bu barədə “Resmi gazete”də dərc olunan qərarda deyilib.

“22 oktyabr 2019-cu il tarixində Rusiyaya səfər edəcəyimdən qayıdana qədər səlahiyyətlərimi Türkiyə Cümhuriyyəti Konstitusiyasının 106-cı maddəsinə əsasən, Prezident köməkçisi Fuad Oqtaya həvalə edirəm”, -deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Ərdoğan 7-8 oktyabr tarixlərində Serbiyaya səfər edəndə də səlahiyyətlərini Fuad Oqtaya təhvil vermişdi.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)