Peruda oyun zamanı futbolçu ildırım vurması nəticəsində ölüb-Video
Perulu müdafiəçi Xose Hüqo De la Kruz Meza 35 yaşında futbol matçı zamanı ildırım vuraraq dünyasını dəyişib. Bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.
İnsident "Juventud Bellavista" və "Familia Ciocca" klubları arasında Huancayoda (Peru) baş tutan görüşün 23-cü dəqiqəsində baş verib. Güclü yağış yağması və ildırım çaxması səbəbindən hər iki komandanın futbolçuları meydanı tərk etməyə başlayıb. Həmin vaxt qapıçının yanında olan müdafiəçini ildırım vurub.
Futbolçuların tez bir zamanda xəstəxanaya aparıldığı, lakin De la Kruz Mezanın artıq öldüyü bildirilir. Müdafiəçinin yanında olan qapıçı ciddi yanıqlar alsa da, sağ qalıb.
Oxuməni.az
Digər xəbərlər