"Beşiktaş" Avropa Liqasının ev matçını Bakıda keçirə bilər

"Beşiktaş" Avropa Liqasının ev matçını Bakıda keçirə bilər

5 Noyabr 16:52
Bəyəndim (3) Bəyənmədim (0)


Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Türkiyənin "Beşiktaş" və İsrailin "Makkabi Tel-Əviv" komandaları arasında keçiriləcək Avropa Liqası matçının iki ölkə arasındakı siyasi böhran səbəbindən İstanbulda keçirilməməsinə və neytral meydanda keçirilməsinə qərar verib, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Oyunun noyabrın 28-də baş tutması planlaşdırılıb, görüşün yeri hələ də UEFA ilə razılaşdırılır.
Oyunun keçiriləcəyi ölkə və stadion həftənin sonuna kimi müəyyənləşəcək.
İstanbul klubu bir neçə variantı nəzərdən keçirir, o cümlədən Bakı. Əhəmiyyətli amil “Beşiktaş” rəhbərliyi ilə Azərbaycan futbol dairələri arasında sıx əlaqədir.
Avropa Liqasının ümumi mərhələsində 36 komanda arasında “Beşiktaş” 27-ci (bir qələbə), “Makkabi” üç məğlubiyyətlə 34-cüdür.
Almaz Həsənli