“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək

“Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək

7 Noyabr 14:02
Bəyəndim (1) Bəyənmədim (0)

Bu gün, UEFA Avropa Liqasının ümumi mərhələsinin dördüncü turu çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” futbol klubu Norveçin “Bodo Qlimt” klubu ilə qarşılaşacaq.
İlk üç oyunda uduzan Qurban Qurbanovun yetirmələri ilk xallarını Norveçdə qazanmağa çalışacaqlar.
Görüş “Aspmyra” stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
Matçı FIFA referisi Luis Qodinyonun başçılıq etdiyi Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, “Qarabağ” səfərdə “Tottenhem"ə 0:3, evdə “Malmö”yə 1:2, “Ayaks”a 0:3 hesabı ilə uduzub. Təmsilçimiz növbəti oyununu noyabrın 28-də Bakıda “Lion”a qarşı keçirəcək.
Qeyd edək ki, üçüncü turda “Ayaks”a 0:3 hesabı ilə uduzan ağdamlılar hazırda Avropa Liqasının turnir cədvəlində sonuncu, 36-cı pillədə, “Bodo Qlimt” isə 9-cu pillədə qərarlaşıb.

Almaz Həsənli