İspaniyada oyun zamanı atışma baş verib, iki tamaşaçı yaralanıb
İspaniyanın Qranada şəhərində 8-9 yaşlı uşaqlardan ibarət komandalar arasında keçirilən futbol oyunu zamanı atışma baş verib və nəticədə iki tamaşaçı yaralanıb.
"El Caso" xəbər verir ki, yaralananlar yüngül xəsarət alıblar və özlərini yaxınlıqdakı tibb məntəqəsinə çatdıra biliblər.
Hadisə yerinə yerli və milli polisin bir neçə patrul briqadası, həmçinin tibb işçiləri çağırılıb. Polis ehtiyat tədbiri kimi ərazidəki insanları təxliyə edib və hadisə yerini yoxlayıb. Onlar 22 millimetrlik iki patron aşkar ediblər və bunlar laboratoriya ekspertizasına göndərilib.
Potensial təhlükənin qarşısını almaq üçün idman kompleksindən kənarda bütün idman tədbirləri müvəqqəti olaraq dayandırılıb. Lakin digər obyektlər adi rejimdə fəaliyyət göstərir.
Oxuməni.az