Stanislav Çerçesov Qazaxıstan millisinin baş məşqçisi vəzifəsindən istefa verib
Rusiya futbol məşqçisi Stanislav Çerçesov "tərəflərin qarşılıqlı qərarı ilə" Qazaxıstan milli komandasının baş məşqçisi vəzifəsini tərk edib, Qazaxıstan Futbol Federasiyası yanvarın 27-də bildirib.
Çerçesov 2024-cü ilin iyunundan Qazaxıstan millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında milli komanda UEFA Millətlər Liqasında altı oyun keçirib və Norveç yığması ilə heç-heçə edərək bir xal qazanıb.
Çerçesovun Qazaxıstan millisi ilə müqaviləsi iki il müddətinə - 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə turnirinin sonuna qədər nəzərdə tutulmuşdu, bundan sonra müqavilənin daha iki il müddətinə uzadılacağı barədə tərəflər arasında razılıq əldə edilmişdi.. Belə ki, Çerçesov 2026-cı il dünya çempionatının ilk oyunları martda keçiriləcək Avropa seçmə mərhələsi başlamazdan əvvəl məşqçi postunu tərk edib.
Stanislav Çerçesov futbol üzrə Rusiya milli komandasının keçmiş məşqçisidir (2016-2021). O, 2018-ci il Dünya Çempionatında milli komandaya rəhbərlik edib, o zaman Rusiya millisi son illərdə ən yaxşı nəticələrindən birini göstərərək çempionatın 1/4 finalına yüksəlib. Rusiya millisinin baş məşqçisi postunu tərk edən Çerçesov Macarıstanın "Ferentsvaros" klubuna (2021-2023) başçılıq edib.
Çerçesov Qazaxıstan millisinin baş məşqçisi olarkən qazax dili ilə bağlı zarafatına görə 738 min tenge (təxminən 1300 avro) cərimələnib.
Əziz Mustafa, Oxuməni.az