“Tottenhem”dən çətin səfər qələbəsi

“Tottenhem”dən çətin səfər qələbəsi

16 Fevral 2020 22:13
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 16-da futbol üzrə İngiltərə Premyer Liqasının XXVI turunun növbəti oyunları keçirilib.

Oxuməni.az xəbər verir ki, Premyer Liqanın favoritlərindən sayılan “Tottenhem” səfərdə “Aston Villa” komandasının qonağı olub.

Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesab 9-cü dəqiqədə açılıb. “Tottenhem” klubunun müdafiəçisi Tobi Alderveireld avtoqola imza atıb - 1:0. Matçın 27-ci dəqiqəsində “Tottenhem” hesaba tarazlıq gətirib. Tobi Alderveireld bu dəfə rəqib qapısına yol tapıb - 1:1. Birinci hissəsinin başa çatmasına bir dəqiqə qalmış “Tottenhem” hesabda önə keçib-1:2.

Qarşılaşmanın ikinci hissəsində meydan sahibləri matçın 53-cü dəqiqəsində hesabı bərabərləşdirməyə nail olublar. Cak Qrealişin ötürməsini Bjorn Engels dəqiq zərbə ilə tamamlayıb - 2:2.
Buda oyunda son qol olmayıb. Oyunun son dəqiqələrində Son Xın Min özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.

Görüş 3:2 hesabı ilə “Tottemhem”in səfər qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Tottenhem” Premyer Liqada iki turdur qələbə qazana bilmirdi. Bu qələbədən sonra xal ehtiyatını 40-a çatdıran London təmsilçisi turnir cədvəlində 5-ci, “Aston Villa” isə 25 xalla 17-ci yerdə qərarlaşıb.

Turnir cədvəlinin hazırki lideri “Liverpul” səfərdə “Norviç Siti” klubunun qonağı olub.

Görüş “Liverpul”un minimal hesablı qələbəsi ilə başa çatıb (0:1).

Oyunda yeganə qolun müəllifi matçın 78-ci dəqiqəsində Sadio Mane olub.

Oxuməni.az