Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

Yığmamızın Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi

3 Mart 2020 22:06
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib.

Niderlandın paytaxtı Amsterdamda təşkil olunan tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.

Bu mövsümdən C Liqasında mübarizə aparacaq yığma Lüksemburq, Kipr və Monteneqro seçmələri ilə birlikdə I qrupda yer alıb.

Millətlər Liqası

C divizionu

I qrup

AZƏRBAYCAN

Lüksemburq

Kipr

Monteneqro

Qeyd edək ki, Millətlər Liqasının qalibi yenə A Liqasında birinci yeri tutan 4 komanda arasında 2 -6 iyun 2021-ci ildə təşkil olunacaq görüşlərdən sonra müəyyənləşəcək. Turnirin ilk qalibi Portuqaliya yığmasıdır.

B liqasında mübarizə aparacaq qonşu Türkiyə yığmasının da rəqibləri bəlli olub. “Ay-ulduzlular” Macarıstan, Serbiya və Rusiya ilə üz-üzə gələcək.

A liqasında 3-cü qrupu ölüm qrupu adlandırmaq olar. Çünki son Avropa çempionu Portuqaliya, həmçinin axırıncı dünya çempionatının finalçıları Xorvatiya və Fransa bu qrupda mübarizə aparacaqlar.

A liqası
1-ci qrup
Polşa
Bosniya və Herseqovina
İtaliya
Niderland

2-ci qrup
İslandiya
Danimarka
Belçika
İngiltərə

3-cü qrup
Xorvatiya
İsveç
Fransa
Portuqaliya

4-cü qrup
Almaniya
Ukrayna
İspaniya
İsveçrə

B liqası
1-ci qrup
Rumıniya
Şimali İrlandiya
Norveç
Avstriya

2-ci qrup
İsrail
Slovakiya
Şotlandiya
Çexiya

3-cü qrup
Macarıstan
Türkiyə
Serbiya
Rusiya

4-cü qrup
Bolqarıstan
İrlandiya
Finlandiya
Uels

C liqası
1-ci qrup
Azərbaycan
Lüksemburq
Kipr
Monteneqro

2-ci qrup
Ermənistan
Estoniya
Makedoniya
Gürcüstan

3-cü qrup
Moldova
Sloveniya
Kosovo
Yunanıstan

4-cü qrup
Qazaxıstan
Litva
Belarus
Albaniya

D liqası
1-ci qrup
Malta
Andorra
Latviya
Farer adaları

2-ci qrup
San-Marino
Lixtenşteyn
Cəbəllütariq

Millətlər Liqasının qalibi adı uğrunda A liqasının 16 komandası mübarizə aparacaq. Qrup qalibi olan 4 komanda final mərhələsində kubok və pul mükafatları uğrunda yarışacaq.

Digər liqalarda öz qrupunda 1-ci yeri tutanlar isə növbəti turnirdə daha yüksək dəstədə çıxış etmək hüququ qazanacaq. A və B liqalarında sonuncu olanlar isə aşağı diviziona yuvarlanacaq. C liqasındakı qruplarda sonuncu olan 4 komanda isə öz aralarında ev-səfər prinsipi ilə keçiriləcək matçlarda yerini qoruyacaq iki iştirakçını müəyyənləşdirəcək. Həmçinin, 2 milli komanda DÇ-2022-nin seçmə mərhələsinin pley-offuna yüksələcək. Bu iki yığma seçmə mərhələdə ilk iki pilləni tuta bilməyən, amma Millətlər Liqasında qrup qalibi olanlar arasında seçiləcək

Millətlər Liqasında oyun günləri də öncədən bəllidir. Liqa mərhələsinin matçları 2020-ci, final mərhələsi 2021-ci ildə baş tutacaq. Pley-off görüşləri isə 2022-ci ilə planlaşdırılıb:

1-ci tur: 3-5 sentyabr 2020
2-ci tur: 6-8 sentyabr 2020
3-cü tur: 8-10 oktyabr 2020
4-cü tur: 11-13 oktyabr 2020
5-ci tur: 12-14 noyabr 2020
6-cı tur: 15-17 noyabr 2020
Final mərhələsi: 2-3, 6 iyun 2021
Pley-off: 24-25, 28-29 mart 2022

Qeyd edək ki, 2018/19 mövsümündə D liqasında mübarizə aparan Azərbaycan yığması Kosovo, Farer adaları və Malta ilə yer aldığı qrupda 3-cü qrupda 9 xalla 2-ci yeri tutub. Lakin turnirdəki islahatlar sayəsində C liqasına yüksələ bilib.

Oxuməni.az