"Strasburq" - PSJ matçı koronavirusa görə oynanılmayıb

"Strasburq" - PSJ matçı koronavirusa görə oynanılmayıb

7 Mart 2020 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Fransa çempionatının XXVIII turunda keçirilməsi planlaşdırılan "Strasburq" - PSJ matçı qeyri-müəyyən müddətə təxirə salınıb.

Oxuməni.az xəbər verir ki, buna koronavirus infeksiyasının yayılması səbəb olub. Qarşılaşma bu gün keçirilməli idi.

Qeyd edək ki, Fransada koronavirusa yoluxanların sayı 600 nəfəri ötüb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkə və regionda qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 238-ə çatıb. Bunların 57 623 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Oxuməni.az